Azərbaycanda "Sabah" və "Zirə"də çıxış edən Vinsent Tillin yeni komandası bəlli olub.
QOL.az xəbər verir ki, lüksemburqlu vinger Almaniyada oynayacaq. O, 3-cü liqa təmsilçisi "Valdhof Manhaym" klubuna keçib. Tilllə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi 2023-2025-ci illərdə "Sabah"da çıxış edib. O, bu komandada 35 oyuna 3 qol vurub. 2025-ci ilin iyununda "Zirə"yə keçən futbolçu cəmi 3 aydan sonra göndərilib. O, zədə səbəbindən "Zirə"də oyuna çıxmayıb.