Bakı.Trend:
UNEC-də “İBİ” MMC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi(İRİA) ilə birgə tələbələr arasında innovativ ideyaların yarışdığıhakaton keçirilib.
Hakatonda UNECtələbələri “B2B həllər” və “Yaşıl Qarabağ” mövzuları üzrə realproblemlərə kreativ və rəqəmsal həllər təqdim ediblər.
“B2B həllər” hakatonu korporativ mühitdə biznes problemlərininhəllinə həsr olunub. Seçim mərhələsindən keçən 60 tələbədən ibarət15 komanda yarışda iştirak edib. Gərgin və rəqabətli mübarizənəticəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindənibarət “Enthuzone”, “Savai” və“ITeaguys” komandaları ilk üç yeri tutaraq qalibolublar.
Paralel olaraq keçirilən “Yaşıl Qarabağ”hakatonu isə ekoloji davamlılıq və innovativ yanaşmalar mövzusundatəşkil edilib. Bu istiqamət üzrə 67 tələbədən ibarət 15 komanda“Yaşıl Qarabağ” konsepsiyasına uyğun real problemlər üzərindəçalışaraq ekoloji və innovativ layihələr hazırlayıb. Münsiflərheyətinin qiymətləndirməsinə əsasən, “Explogreen”,“SustainX” və “EcoWatch”komandaları qalib elan olunub.
Hakaton müddətində iştirakçılar ideyalarını texnoloji həllərəçevirib, layihələrini peşəkar münsiflər heyətinə təqdim edərək həmkomanda işi, həm də problem həll etmə bacarıqlarını nümayişetdiriblər.
Hakatonun sonunda qalib komandalar mükafatlandırılıb:
I yer – 4000 AZN,
II yer – 2500 AZN,
III yer – 1000 AZN.