AZ

Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, tədbirlərlə 36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov saxlanılıb. Onların idarə etdikləri avtomobildən və yaşadıqları ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
17
redaktor.az

10Mənbələr