AZ

Ağsuda narkotiklərlə bağlı əməliyyat - saxlanılanlar var



Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə 36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov saxlanılıb. Onların idarə etdikləri avtomobildən və yaşadıqları ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

ZÜMRÜD

Seçilən
18
20
baki-xeber.com

10Mənbələr