Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib.
Ölkə.az xəbər "Qafqazinfo"ya istinadla xəbər verir ki, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdi.