Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib.
Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi.
Onun oğlu Otari Qvaladze hazırda Konstitusiya Məhkəməsinin hakimidir.