AZ

İƏİT ticarət və nəqliyyat əlaqəliliyinin sadələşdirilməsi sahəsində Azərbaycana dəstək göstərəcək (ÖZƏL)

Bakı.Trend:

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və işçi qüvvəsininməhsuldarlığının artırılması istiqamətində fəal şəkildə işini davametdirir və beynəlxalq tərəfdaşlar ölkəyə strateji dəstəkgöstərirlər.

Bunu Trend-əmüsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT)Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Şərqi Avropa vəCənubi Qafqaz şöbəsinin rəhbəri, baş siyasi analitiki DenielKvadbek bildirib.

O qeyd edib ki, son onillik ərzində Azərbaycan iqtisadiyyatıÜDM-in nisbətən mülayim artım templərini nümayiş etdirib.

“Daha da inkişaf və işçi qüvvəsinin məhsuldarlığının artırılmasıüçün şaxələndirməni dəstəkləyən islahatlar vasitəsiləiqtisadiyyatın qeyri-xammal sektorunun genişləndirilməsinin davametdirilməsi son dərəcə vacibdir. ‘Azərbaycan 2030: sosial-iqtisadiinkişafın milli prioritetləri’ və ‘2022–2026-cı illər üçünsosial-iqtisadi strategiya’ kimi son dövlət strategiyalarıiqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək məqsədilə neftgəlirlərindən istifadə olunmasının zəruriliyini vurğulayır.

Ölkə dayanıqlı artım üzrə qlobal trendlərə uyğun istiqamətdəirəliləsə də, Azərbaycan qeyri-xammal sektorunun gələcək inkişafınatöhfə verən struktur islahatlarını prioritetə çevirməlidir”, – İƏİTnümayəndəsi bildirib.

D. Kvadbek vurğulayıb ki, təşkilat tövsiyələr təqdim etməklə,beynəlxalq təcrübəni bölüşməklə və bilik mübadiləsini təşviqetməklə səmərəli siyasətin hazırlanması və həyata keçirilməsinədəstək göstərə bilər. Şaxələndirmə və onun həyata keçirilməyanaşması qarşıdakı illərdə ölkənin inkişaf trayektoriyasınımüəyyənləşdirəcək

“Azərbaycan dayanıqlı inkişaf və ESG standartlarının təşviqinəyönəlmiş İƏİT-nin beynəlxalq təşəbbüslərində fəal iştirak edir.Bunlara Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada keçidiqtisadiyyatına malik ölkələrə dəstək göstərən və ekolojiaspektlərin iqtisadi, sosial və siyasi islahatlara inteqrasiyasınayardım edən Yaşıl İqtisadiyyat və Ətraf Mühit üzrə İşçi Qrupu(GREEN Action Task Force) daxildir. Təşəbbüsün məqsədi dayanıqlıartımın, insan kapitalının inkişafının, ‘yaşıl’ investisiyalarıncəlb edilməsinin və qabaqcıl təcrübə mübadiləsinin təşviqi iləyanaşı ekoloji səmərəliliyin artırılmasıdır.

Azərbaycan, həmçinin, Aİ tərəfindən maliyyələşdirilən regionallayihələrdə, o cümlədən EU4Energy və EU4Environment proqramlarındaiştirak edir. Beynəlxalq Enerji Agentliyi (IEA) ilə tərəfdaşlıqçərçivəsində həyata keçirilən EU4Energy proqramı fokus-qrupölkələrinə dayanıqlı enerji siyasətinin hazırlanması və icrası,eləcə də enerji sektorunda regional əməkdaşlığın gücləndirilməsiistiqamətində dəstək verir”, – deyə o əlavə edib.

Azərbaycan, həmçinin, Aİ tərəfindən maliyyələşdirilən regionallayihələrdə, o cümlədən “EU4Energy” və “EU4Environment”proqramlarında iştirak edir. Beynəlxalq Enerji Agentliyi (IEA) ilətərəfdaşlıq çərçivəsində həyata keçirilən “EU4Energy” proqramıfokus-qrup ölkələrinə dayanıqlı enerji siyasətinin hazırlanması vəicrası, eləcə də enerji sektorunda regional əməkdaşlığıngücləndirilməsi istiqamətində dəstək verir”, – deyə o qeydedib.

D. Kvadbek bildirib ki, “EU4Environment” proqramı isə öznövbəsində Şərq Tərəfdaşlığı ölkələrində təbii kapitalınqorunmasına, siyasət və qanunvericilikdə dəyişikliklər, daha‘yaşıl’ planlaşdırma və investisiyalar, innovativ texnologiyalarıntətbiqi və ‘yaşıl’ iş yerlərinin yaradılması vasitəsilə ekolojirifahın yaxşılaşdırılmasına kömək edir.

O vurğulayıb ki, proqram həmçinin ekoloji idarəetmənintəkmilləşdirilməsinə, mühafizə olunan ərazilərin və meşələrinsəmərəli idarə edilməsinə, eləcə də dayanıqlı ticarətin inkişafınatöhfə verir.

“Belə beynəlxalq proqramlarda davamlı və fəal iştirakAzərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olması üçün əsasamillərdən biri ola bilər.

İƏİT Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı fəaliyyəti davametdirməyi və sübutlara əsaslanan siyasətin inkişafına daimi dəstəkgöstərməyi planlaşdırır. Məsələn, son illərdə Azərbaycanın İƏİTfəaliyyətində iştirakı əhəmiyyətli dərəcədə genişlənib və dövlətidarəçiliyi, antikorrupsiya, iqtisadiyyatın şaxələndirilməsi,KOB-lar və sahibkarlıq siyasəti, təhsil və bacarıqlar, rəqəmsaltransformasiya, vergi siyasəti, enerji siyasəti və ‘yaşıl’iqtisadiyyata keçid kimi geniş sahələri əhatə edir”, – deyə İƏİTnümayəndəsi əlavə edib.

D. Kvadbekin sözlərinə görə, yaxın zamanda istifadəyə verilmiş“EU4Business” layihəsi – “Şərq Tərəfdaşlığı ölkələrində ticarətinvə rəqabətə davamlılığın genişləndirilməsi” çərçivəsində İƏİTBeynəlxalq Ticarət Mərkəzi (ITC) ilə birgə Cənubi Qafqaz regionundabir sıra yeni analitik materiallar və proqramların həyatakeçirilməsini planlaşdırır.

“Müqayisəli təhlilin (bençmarkinq) aparılmasından əlavə, layihəiştirakçı ölkələrə fərdiləşdirilmiş məsləhət dəstəyi təqdim edəcək.Bu kontekstdə İƏİT hədəfli analitik araşdırmalar, ixtisaslaşmışalətlər və potensialın artırılması üzrə tədbirlər vasitəsiləticarətin sadələşdirilməsi və nəqliyyat əlaqəliliyiningücləndirilməsi sahəsində Azərbaycana dəstək göstərəcək”, – deyə obildirib.

Məqalədə:
Seçilən
155
31
az.trend.az

10Mənbələr