AZ

Danimarka ABŞ ilə açıq danışıqlara başlayacağını açıqlayıb

Danimarka ABŞ ilə açıq müzakirələrə başlamaq niyyətində olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya nümayəndələri arasında keçirilən görüşlərin səmimi və konstruktiv şəraitdə baş tutduğunu bildirib. Onun sözlərinə görə, danışıqlar əsasən Arktika regionunda təhlükəsizliyin gücləndirilməsi məsələlərinə həsr olunub.

Rasmussen qeyd edib ki, görüş regional təhlükəsizlik mövzularının müzakirəsi məqsədi daşıyıb.

Qeyd edək ki, yanvarın 14-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Viviane Motsfeldt ilə görüşüblər. Bu görüşlər ABŞ Prezidenti Donald Trampın Danimarkanın Qrenlandiyadan “dərhal çıxması” ilə bağlı səsləndirdiyi son açıqlamalardan sonra baş tutub.

Xatırladaq ki, yanvarın 5-də Donald Tramp ABŞ-nin milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiyanı ələ keçirməklə bağlı planlarını açıqlamış, daha sonra isə Birləşmiş Ştatların adanı “bu və ya digər yolla” əldə edəcəyini vurğulamışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
63
50
editor.az

10Mənbələr