AZ

ABŞ-nin Səhiyyə naziri: "Trampın necə sağ qaldığına təəccüblənirəm"

Prezident Donald Trampın yaxın müttəfiqi və yeni Səhiyyə naziri Robert Kennedi prezidentin həddindən artıq qeyri-sağlam qidalandığını bildirib. Nazirin sözlərinə görə, Trampın gündəlik rasionu demək olar ki, tamamilə "fast-food" və zərərli içkilərdən ibarətdir.

Milli.Az xəbər verir ki, verilişlərin birində "Tanıdığınız insanlar arasında ən pis qidalanan kimdir?" sualına Kennedi tərəddüd etmədən "Prezident" cavabını verib.

Nazir qeyd edib ki, Tramp gün ərzində dayanmadan hamburqer, qızardılmış toyuq və şəkərli qidalar yeyir, həmçinin çox miqdarda "diyet kola" içir.

Kennedi Trampın səyahətləri zamanı vəziyyətin daha da pisləşdiyini deyib: "Onunla səyahətə çıxsanız, bütün günü özünü zəhərlədiyini düşünərsiniz. Necə hələ də belə ayaqda qaldığını başa düşmürəm."

Bütün bu zərərli vərdişlərə baxmayaraq, Kennedi Trampın fiziki cəhətdən inanılmaz dərəcədə güclü və dözümlü bir bədən quruluşuna sahib olduğunu da xüsusi vurğulayıb.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
71
50
milli.az

10Mənbələr