AZ

Fransa Rusiya ilə dialoqa hazır olduğunu açıqlayıb

Fransa Rusiya ilə siyasi dialoqun bərpasına hazır olduğunu bəyan edib, lakin hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Fransanın diplomatik mənbəsinin açıqlamasına görə, Paris Moskva ilə dialoqa açıqdır, lakin hazırda Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa təmasların qurulması ilə bağlı rəsmi işlərə başlanılmayıb.

Mənbə bildirib: “Hazırda bu səviyyədə planlaşdırılmış konkret görüşlər yoxdur, amma heç bir variant da istisna edilmir”.

Qeyd edək ki, Vladimir Putin və Emmanuel Makron arasında son telefon danışığı 1 iyul 2025-ci ildə baş tutub. Bu, tərəflər arasında 2022-ci ilin sentyabrından sonra baş tutan ilk təmas olub.

Telefon danışığı zamanı Fransa Prezidenti Ukraynada tezliklə atəşkəsin əldə olunması və sülh danışıqlarının başlanması çağırışı ilə çıxış edib. Rusiya Prezidenti isə münaqişənin Qərbin siyasətinin nəticəsi olduğunu bildirib və istənilən razılaşmanın “yeni ərazi reallıqlarını” nəzərə almalı, həmçinin böhranın əsas səbəblərini aradan qaldırmalı olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
96
48
editor.az

10Mənbələr