AZ

Körfəz ölkələri  ABŞ-ni  İrana hücumdan çəkindirməyə çalışır

İranın Fars körfəzindəki əsas ərəb rəqibləri ABŞ-ni Tehrana mümkün hərbi hücumdan çəkindirmək üçün Vaşinqtonda fəal diplomatik təmaslar aparır. Vətəninfo.az xəbər verir ki, bu prosesə Səudiyyə Ərəbistanı liderlik edir.

Məlumata görə, Tramp administrasiyası ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara hazır ola biləcəyi barədə siqnallar verdikdən sonra Körfəz ölkələri Vaşinqtona açıq xəbərdarlıqlar ünvanlayıb.

The Wall Street Journal yazır ki, İranın ərəb rəqibləri dekabrın sonlarından bəri İrandakı etirazlara rəsmi reaksiya verməkdən əsasən yayınaraq, gərginliyin birbaşa hərbi münaqişəyə çevrilməməsinə üstünlük veriblər.

WSJ-nin məlumatına görə, Səudiyyə Ərəbistanı, Oman və Qətər Ağ Evə çatdırıblar ki, hətta mövcud İran rejimini devirməyə yönəlmiş cəhd belə qlobal neft bazarını ciddi şəkildə sarsıda, nəticədə isə ABŞ iqtisadiyyatına zərər vura bilər.

Seçilən
67
49
veteninfo.az

10Mənbələr