AZ

Ermənistanda Tramp marşrutu üçün özəl operatorlar cəlb ediləcək: ABŞ texniki yardım göstərəcək

Ermənistanda Tramp marşrutu üçün özəl operatorlar cəlb ediləcək. ABŞ inspeksiya və gömrük rəsmiləşdirilməsi prosedurları, yoxlama texnologiyaları da daxil olmaqla, texniki yardım göstərəcək.
 
Moderator.az-ın Ermənistan Xarici İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdən sonra TRIPP ilə bağlı qəbul edilmiş birgə bəyanatda məlumat verilib.
 
Bir daha bildirilib ki, Ermənistanın sərhəd və gömrük məsələlərində suverenliyi və yurisdiksiyası müzakirə mövzusu deyil. Sərhədlərin idarə edilməsi mexanizmi beynəlxalq "front and back office" əməliyyat modelindən istifadə əsasında fəaliyyət göstərəcək.
 
Ermənistan ilkin rəsmiləşdirmə prosedurlarının optimallaşdırılması, sənədlərin rəqəmsallaşdırılması və "vahid keçid məntəqəsi" konsepsiyası üzrə pilot layihələr həyata keçirmək niyyətindədir.
 
Ehtimal edilir ki, "TRIPP Development Company" şirkəti tərəfindən işə götürülən özəl operatorlar yoxlama üçün ilkin sənədlərin toplanması, istifadəçilərin məlumatlandırılması və məsləhətləşmələr, ödənişlərin toplanması və ticarət və tranzit ödənişlərinin emalı kimi xidmətlər göstərmələri gözlənilir.
 
Ermənistan rəsmiləri ölkələrinin bütün sərhəd və gömrük obyektlərində fiziki mövcudluqlarını davam etdirəcəklər, suveren funksiyalar isə autsorsinqə verilməyəcək. Sənəddə bildirilir ki, əməliyyat təhlükəsizliyini təmin edən özəl personal Ermənistanda lisenziyanın əldə edilməsi şərti ilə işə götürülə bilər.
 
Xatırladaq ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu nizamlanma və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) adlandırılıb.
 
Seçilən
61
33
moderator.az

10Mənbələr