AZ

49 illik saziş - ABŞ TRIPP layihəsi üzərində tam nəzarətə sahib olacaq

Ermənistan-Amerika birgə müəssisəsi strateji tranzit və ticarət marşrutları üçün 49 il müddətinə ABŞ-nin rəhbərliyinə veriləcək...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Mark Rubio və Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın Vaşinqtonda keçirilən görüşünün yekunları üzrə yayılan birgə bəyanatda bildirilir. 

Bəyanatda qeyd edilir ki, ABŞ “TRIPP Development Company” adlı Ermənistan-Amerika birgə müəssisəsində 74% paya sahib olacaq, Ermənistan isə 26% payla iştirak edəcək. Daha sonra Ermənistanın payı 49%-a qədər artırıla bilər.

“TRIPP Development Company” şirkəti 49 il müddətinə nəqliyyat infrastrukturu layihələrinin inkişafı hüququna malik olacaq, razılaşmanın müddəti daha 50 il uzadıla bilər. Layihə Ermənistan ərazisində müəyyən tranzit marşrutları çərçivəsində reallaşdırılacaq və bütün ərazilərdə Ermənistanın tam suverenliyi qorunacaq.

Bəyanatda tərəflər bildiriblər ki, ABŞ TRIPP-i Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, ticarətin genişləndirilməsi və təchizat zəncirlərinin dayanıqlığının artırılması üçün alət kimi görür. Layihə həmçinin ABŞ investisiyaları və biznesi üçün yeni bazarlar açacaq, Avropa ilə Asiya arasında əlavə ticarət marşrutlarını təmin edəcək.

Ermənistan üçün TRIPP regional tranzit və iqtisadi mərkəz statusunu gücləndirmək, xarici investisiyaları cəlb etmək, ixrac potensialını artırmaq və yeni iş yerləri yaratmaq imkanı kimi qiymətləndirilir. Layihə çərçivəsində birgə müəssisələrin inkişafı, texnologiyaların transferi və erməni mütəxəssislərin ixtisasının artırılması nəzərdə tutulur.

Poliqon.info

Seçilən
89
33
poliqon.info

10Mənbələr