“Nüvə Silahına qarşı İran Birliyi” Təşkilatı (United Against Nuclear Iran) 50 hədəfin siyahısını hazırlayaraq, yanvarın 13-də təhlükəsizlik iclasından əvvəl Ağ Evə təqdim edib.
Bakıvaxtı.az “Daily Mail” istinadən xəbər verir ki, sənədə etirazların zorakı şəkildə yatırılmasının əsas mərkəzi kimi tanınan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sərallah” Qərargahının dəqiq koordinatları da daxildir.
Bu qərargah faktiki olaraq hərbi komandanlıq mərkəzi rolunu oynayır və polis qüvvələrinin əməliyyat nəzarətini öz əlində cəmləşdirir.