AZ

İranda vurulacaq hədəflər müəyyən edildi

BAKI, 14 yanvar. TELEQRAF

“Nüvə Silahına qarşı İran Birliyi” Təşkilatı (United Against Nuclear Iran) 50 hədəfi əhatə edən dosye hazırlayaraq, yanvarın 13-də təhlükəsizlik iclasından əvvəl Ağ Evə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Sənədə etirazların zorakı şəkildə yatırılmasının əsas mərkəzi kimi tanınan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sərallah” Qərargahının dəqiq koordinatları da daxildir. Bu qərargah faktiki olaraq hərbi komandanlıq mərkəzi rolunu oynayır və polis qüvvələrinin əməliyyat nəzarətini öz əlində cəmləşdirir.

Seçilən
65
2
teleqraf.com

5Mənbələr