“Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və mən Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP – Zəngəzur dəhlizi) icra çərçivəsini elan etdik”.
Paralel.az xəbər verir ki bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlayıb.
O bildirib ki, bu, beş ay əvvəl Azərbaycan, ABŞ, Ermənistan liderlərinin imzaladığı tarixi sülh sammitinin qoyduğu öhdəliklərə əsaslanır.
“TRIPP Cənubi Qafqazın ticarət, tranzit və enerji axını sahəsindəki potensialını ortaya çıxaracaq və bütün regionda rifahı və təhlükəsizliyi artıracaq”,- deyə Rubio qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta