AZ

Rubio: TRIPP bütün regionda rifahı və təhlükəsizliyi artıracaq

Vaşinqton, 14 yanvar, AZƏRTAC

“Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və mən Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsini elan etdik”. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlayıb. O, bildirib ki, bu, beş ay əvvəl Azərbaycan, ABŞ, Ermənistan liderlərinin imzaladığı tarixi sülh sammitinin qoyduğu öhdəliklərə əsaslanır.

“TRIPP Cənubi Qafqazın ticarət, tranzit və enerji axını sahəsindəki potensialını ortaya çıxaracaq və bütün regionda rifahı və təhlükəsizliyi artıracaq”,- deyə Rubio qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
92
3
azertag.az

6Mənbələr