AZ

“Öldür” əmri verilib: “Növbədə hərbi müdaxilədir”

“Hadisələrin gedişatı göstərir ki, İran Prezidenti Məsud Peşezkian vəziyyətə nəzarəti tam itirib. Onun etirazın ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarını eşidən olmadı. İslam İnqilabı Keşikçiləri Koprusu  öz bildiyini edir, əmr ali dini lider və azğınlaşmış generallardan gəlir. Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər, qətliamın miqyası genişlənib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Məsud Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur:

“O, yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca, “Eyni zamanda zorakılıq və iğtişaşların qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək”,-deyib. İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər ikisi var. Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir”.

Seçilən
159
3
cebheinfo.az

6Mənbələr