ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hadisələrin gedişatı göstərir ki, İran Prezidenti Məsud Peşezkian vəziyyətə nəzarəti tam itirib. Onun etirazın ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarını eşidən olmadı. İslam İnqilabı Keşikçiləri Koprusu öz bildiyini edir, əmr ali dini lider və azğınlaşmış generallardan gəlir. Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər, qətliamın miqyası genişlənib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Məsud Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur:
“O, yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca, “Eyni zamanda zorakılıq və iğtişaşların qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək”,-deyib. İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər ikisi var. Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir”.
Xəzər
“Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.