AZ

Ukraynanın bu terminalı vurulub Ölənlər var

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın Xarkov şəhərində yerləşən Nova Poçtanın innovasiya terminalına endirilən raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, hücum gecə saatlarında baş verib. Raket zərbəsi nəticəsində yük terminalı və poçt terminalının bir hissəsi demək olar ki, tamamilə dağıdılıb.

Bildirilib ki, hadisə zamanı Nova Poçtanın çeşidləmə mərkəzinin iki əməkdaşı həlak olub, üç işçi isə müxtəlif dərəcəli xəsarətlər alıb. Eyni zamanda, tərəfdaş yük ekspeditoru şirkətinə məxsus iki sürücü həyatını itirib, bir sürücü isə yaralanıb.

Mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, yaralılar xəstəxanaya yerləşdirilib, hazırda həkim nəzarəti altındadırlar və həyatları üçün təhlükə yoxdur.

Nova Poçta həmçinin hücum nəticəsində bağlamaları məhv olan müştərilərlə əlaqə saxlanılacağını və onlara kompensasiya ödəniləcəyini açıqlayıb.

Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi bildirilib.

"AzPoltika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
50
azpolitika.info

10Mənbələr