AZ

Rusiya Ukrayna limanları yaxınlığında iki mülki gəmiyə hücum edib, bir əcnəbi həlak olub

9 yanvar tarixində, Rusiya işğalçıları Ukrayna limanları yaxınlığında üzən mülki gəmilərə zərbələr endiriblər. Hücum nəticəsində bir Suriya vətəndaşı həlak olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Baş nazirin müavini  Aleksey Kulebaya istinadən Telegram-da məlumat verib.

Kulebanın məlumatına görə, Rusiyanın hücum pilotsuz təyyarəsi Sent-Kits və Nevis (şərqi Karib dənizində yerləşən bir ölkə) bayrağı altında üzən gəmiyə zərbə endirib. O, Ukrayna Taxıl Dəhlizinin bir hissəsi kimi taxıl yükləmək üçün yola düşüb.

QAZİLER.AZ

Seçilən
62
50
qaziler.az

10Mənbələr