AZ

Fransa millisinin sabiq üzvü karyerasını bitirdi

Fransa millisinin sabiq mərkəz müdafiəçisi Mamadu Sako peşəkar futbolçu karyerasını başa vurub.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını Fransa kubokunun 1/16 finalında keçirilən PSJ – “Paris” oyunu zamanı açıqlayıb.

PSJ-nin yetirməsi olan Sako karyerası ərzində “Liverpul”, “Kristal Pelas” və “Monpelye” kimi klublarda çıxış edib.

Onun son klubu Gürcüstanın “Torpedo” (Kutaisi) komandası olub. Təcrübəli müdafiəçi Fransa millisində 29 oyuna 2 qol vurub.

Seçilən
125
15
idmanxeber.az

10Mənbələr