AZ

ABŞ dövlət katibi Marko Rubio Ararat Mirzoyanla görüşəcək

ABŞ Dövlət katibi Marko Rubio bu gün axşam Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Dövlət Departamentində qəbul edəcək.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüş yerli vaxtla saat 12:00-da (İrəvan vaxtı ilə saat 21:00) başlayacaq.

Məlumata görə, görüşdə ABŞ Dövlət Katibinin Siyasi Məsələlər üzrə müavini Alison Huker və Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun baş zabiti Brendan Hanrahan da iştirak edəcəklər.

Mürtəza

Seçilən
20
6
azreform.info

10Mənbələr