AZ

ABŞ dövlət katibi Ermənistan XİN başçısı ilə görüşəcək

ABŞ-ın dövlət katibi Marko Rubio bu gün Dövlət Departamentində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Görüş yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00 - red.) başlayacaq.

 

Məlumata görə, görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun baş əməkdaşı Brendan Hanrahan da iştirak edəcəklər.

Seçilən
61
6
senzor.az

10Mənbələr