AZ

Tramp İranda internet kəsintiləri ilə bağlı Masklagörüşdü

ABŞ Prezidenti Donald Tramp iş adamı, "SpaceX"in qurucusu İlon Maskla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt deyib.

Onun sözlərinə görə, söhbət zamanı İranda internet xidmətinin bərpa məsələsi müzakirə olunub.

"Bildiyim qədərilə, Tramp bu barədə İlonla danışıb", - Levitt qeyd etdi.

Məlum olduğu kimi, İranda internet xidməti bütünlükdə kəsilib. Bu, ölkəni bürüyən etirazlar fonunda baş verib.

Seçilən
27
1
redaktor.az

2Mənbələr