AZ

Tramp İranda internet kəsintiləri ilə bağlı Maskla görüşdü

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp iş adamı, "SpaceX"in qurucusu İlon Maskla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt deyib.

Onun sözlərinə görə, söhbət zamanı İranda internet xidmətinin bərpa məsələsi müzakirə olunub.

"Bildiyim qədərilə, Tramp bu barədə İlonla danışıb", - Levitt qeyd etdi.

Məlum olduğu kimi, İranda internet xidməti bütünlükdə kəsilib. Bu, ölkəni bürüyən etirazlar fonunda baş verib.

Qeyd edək ki, 2025-ci ilin dekabrın sonlarında İranda sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda müxtəlif şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar hökumət qüvvələri ilə qarşıdurmaya qədər böyüyüb. Bu qarşıdurmalarda yüzlərlə etirazçı həyatını itirib. Yaralanan və həbs olunanların sayı durmadan artır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
oxu.az

2Mənbələr