AZ

Simeone üzr istədi: Səhv hərəkət etmişəm

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya Super Kubokunun yarımfinal matçında “Real Madrid”in hücumçusu Vinisiusla baş verən insidentə görə üzr istəyib.

Publika.az xəbər verir ki, oyun zamanı Simeone braziliyalıya tərəf dönərək demişdi: “Florentino Peres səni qovacaq, dediklərimi unutma”

Hər şey “Real Madrid” oyunçusunun dəfələrlə “Atletiko Madrid”in ehtiyat oyunçularına işarə edərək təxribatçı jesti ilə başladı . Bu, “Atletiko Madrid” məşqçisini qəzəbləndirdi. Əvəz edildikdən sonra Vinisius və Simeone yenidən toqquşdular.

Braziliyalı məşqçi ona tribunadan gələn fit səsini dinləməyi məsləhət gördü və “Real Madrid” dəki müqavilə vəziyyətinin yaratdığı gərginliyə işarə etdi.

Seçilən
15
8
publika.az

9Mənbələr