İspaniya Superkubokunda yarımfinalda Madrid derbisi baş tutur.

Offsideplus.az xəbər verir ki, "Real" hesabda 2:1 öndədir. Oyunda "Atletiko"nun baş məşqçisi Dieqo Simeone rəqib futbolçu Vinisius ilə konflikt yaşayıb.

Dieqo stadionda azarkeşlərin onu fitə tutmasını jestlə göstərərək - "Diqqətlə qulaq as, səni fitə tuturlar" - deyib. 

Simeone daha sonra ona - "Florentino səni "Real"dan rədd edəcək, bunu sənə dedim, xatırlayarsan" - deyə bildirib.