“Real Madrid” in keçmiş hücumçusu Kərim Benzema karyerasını bitirdikdən sonra klubun səfiri olmaq təklifini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Xorxe Piko məlumat verib.
Fransız futbolçu 2009-cu ildən 2023-cü ilə qədər Madrid klubunda oynayıb və 25 kubok qazanıb, o cümlədən beş Çempionlar Liqası və dörd İspaniya çempionluğu.