AZ

Qurban Qurbanov 5 0 hesablı qələbədən danışdı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə ilk yoxlama oyununa çıxıb. Matç Ağdam təmsilçisi nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov komandasının oyunu barədə fikirlərini bildirib:

“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.

Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
12
axar.az

10Mənbələr