AZ

Qurban Qurbanov: “Futbolçular istəklidirlər, özlərinə gəliblər”

“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun”.

İdman.Biz bildirir ki, bu sözləri Türkiyədə Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə yoxlama oyunundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Matç Qurban Qurbanovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”, - baş məşqçi bildirib.

Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.

İdman.Biz
Seçilən
27
12
idman.biz

10Mənbələr