AZ

“Sabah” bu futbolçunun da transfer hüququnu almaq istəyir

“Sabah” icarə əsasında komandada çıxış edən daha bir futbolçunun transfer hüquqlarını almaq istəyir.

Paralel.az xəbər verir ki “bayquşlar” müdafiəçi Timoteuş Puxaçın transferi üçün klubu “Holştayn”la danışıqlara başlayıb.
 

“Sabah” 26 yaşlı müdafiəçinin keçidini həll etməyə tələsir. Buna səbəb oyunçunun sabiq klubu “Lex”in də oyunçu ilə yaxından maraqlanmasıdır.


Puxaç mövsümün əvvəlindən “bayquşlar”ın formasını geyinir. O, “Sabah” formasıyla 15 oyunda 5 məhsuldar ötürmə edib.

“Sabah” bundan öncə “Lill”dən icarəyə götürdüyü Aaron Maludanın və “Rubin”dən heyətinə qatdığı Umarali Rahmonaliyevin transfer hüquqlarını alıb.

Seçilən
16
3
paralel.az

4Mənbələr