AZ

“Sabah” daha bir futbolçunun transfer hüquqlarını almaq istəyir

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Sabah” icarə əsasında komandada çıxış edən daha bir futbolçunun transfer hüquqlarını almaq istəyir.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “bayquşlar” müdafiəçi Timoteuş Puxaçın transferi üçün klubu “Holştayn”la danışıqlara başlayıb.

“Sabah” 26 yaşlı müdafiəçinin keçidini həll etməyə tələsir. Buna səbəb oyunçunun sabiq klubu “Lex”in də oyunçu ilə yaxından maraqlanmasıdır.

Puxaç mövsümün əvvəlindən “bayquşlar”ın formasını geyinir. O, “Sabah” formasıyla 15 oyunda 5 məhsuldar ötürmə edib.

“Sabah” bundan öncə “Lill”dən icarəyə götürdüyü Aaron Maludanın və “Rubin”dən heyətinə qatdığı Umarali Rahmonaliyevin transfer hüquqlarını alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
3
futbolpress.az

4Mənbələr