AZ

Yaponiya Qəzza ilə bağlı koordinasiya mərkəzinə işçi heyəti göndərəcək

Yaponiya Qəzzada atəşkəsin tətbiqini izləmək və humanitar yardımı əlaqələndirmək üçün yaradılan mərkəzə şəxsi heyəti göndərəcək. Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi açıqlama verib. Qüdsdə keçirilən mətbuat konfransında Moteqi bildirib ki, Tokio ABŞ-nin rəhbərliyi altında yaradılan mərkəzə Qəzzanın yenidən qurulmasından məsul olan səfir Takeşi Okubonu göndərəcək. Nazir Yaxın Şərqdə davamlı sülh və rifah üçün Yaponiyanın diplomatik addımlar atmaq istəyini ifadə edib. Moteqi Hüseyn əl-Şeyx və Fələstin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

O, Yaponiyanın Fələstin dövləti və İsrailin birgə mövcudluğunu nəzərdə tutan iki dövlətli həlli dəstəklədiyini bildirdi.

Seçilən
22
2
metbuat.az

3Mənbələr