AZ

Yaponiya Suriyaya 53 milyon dollar yardım edəcək

Yaponiya Suriyaya 53 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayıracaq. 

Missiya.Az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, xarici işlər nazirinin müavini Onişi Yohei Suriyaya səfər edib və ölkənin maliyyə naziri Məhəmməd Yasser Barnaiyah başda olmaqla bir sıra rəsmi şəxslərlə görüşlər keçirib. Bildirilib ki, bu, son 15 il ərzində yüksək vəzifəli yapon rəsmisinin Suriyaya ilk səfəridir.

Onişi Yohei Yaponiyanın Suriyada inklüziv və dinc keçid prosesini dəstəklədiyini vurğulayıb.Qeyd edilib ki, ayrılan vəsait cari maliyyə ili çərçivəsində humanitar və iqtisadi əməkdaşlıq məqsədlərinə yönəldiləcək.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr