AZ

"Onların agentləri etirazları izləyirlər" - İran XİN rəhbəri

İranın xarici işlər naziri Abbas Əraqçi  ölkədəki etiraz aksiyaları və təhlükəsizlik məsələləri ilə bağlı açıqlamalar verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Əraqçinin sözlərinə görə, İran hakimiyyəti ABŞ və İsrailin müdaxiləsinə dair dəlillərə malikdir və zorakılıq törədən şəxsləri və təşkilatçıları həm daxildə, həm də beynəlxalq səviyyədə təqib etməyi planlaşdırır.

"Mossad və onun (ABŞ-ni nəzərdə tutur, - red.) agentləri etirazları izləyir. Terrorçuların xarici əlaqələri barədə məlumat almışıq", - deyə nazir bildirib. 

Eyni zamanda Əraqçi vurğulayıb ki, İran həm müharibəyə, həm də dialoqa hazırdır və ölkədə zorakılığa son qoyulmasını, həmçinin vəziyyətin sabitləşdirilməsini tələb edir.

Seçilən
47
31
unikal.az

10Mənbələr