İsrailin Baş naziri Benyamin Netanyahu ümid edir ki, "fars xalqı tezliklə zülm yükündən azad olacaq".
"Unikal" xəbər verir ki, netanyahunun sözlərinə görə, İsrail Tehrandakı rejim dəyişərsə, İranla tərəfdaşlıq qurmağa ümid edir.
"Hamımız ümid edirik ki, fars xalqı tezliklə zülm yükündən azad olacaq. O gün gələndə İsrail və İran bir daha rifah və sülhün gələcəyinin qurulmasında sadiq tərəfdaşlar olacaqlar. Rejim süqut etdikdə, hər iki xalq üçün birlikdə yaxşı işlər görəcəyik", - deyə baş nazir bildirib.