AZ

Azad edilmiş ərazilərdə daha 177 mina, 636 PHS aşkarlanıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.01.2026-11.01.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 152 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 636 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 875,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
36
apa.az

10Mənbələr