AZ

Zərərsizləşdirililmiş minaların sayı açıqlandı

Azad olunan ərazilərdə yanvarın 5-11-dək 25 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 636 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Metbuat.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məlumata əsasən, 875,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Seçilən
58
5
metbuat.az

10Mənbələr