AZ

Sabiq deputatdan “Space”in aparıcısına sərt sözlər: “Bu kəmsavad “jurnalistin”…”

Aparıcı Amil Xəlilin aparıcılıq etdiyi verilişdə valideynlərə – “Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızınızı nəyə Bakıya göndərirsiz?!” fikirləri birmənalı qarşılanmayıb. Bu fikirlərə görə verilişin yayımlandığı “Space” kanalının 3 saatlıq yayımı dayandırılıb. Bu fikirlərə görə aparıcı da sosial şəbəkələrdə tənqid edilib.


Tribuna.az xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev aparıcını bu fikirlərinə görə sərt tənqid edib. Keçmiş deputat aparıcının psixi durumunda problem olduğunu bildirib:
“Amil Xəlilin bu sözlərinə görə “Space TV”nin yayımı 3 saatlıq yox, 30 saatlıq dayandırılmalı idi. Bu kəmsavad “jurnalist”in danışıqları arada qarşıma çıxır. Psixi durumunda problem var. “Qızını filan universitetə qoy”- bu nə deməkdir. Bu əməlli-başlı təhdiddir.
Son dövrlərin müşahidələrinə görə yerli Fənn və Beynəlxalq Fənn olimpiadalarında, DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında qızlar oğlanlardan heç də geridə qalmırlar. 2024/2025 tədris ilində 102 Prezident təqaüdçülərindən 48-i qızlardır.
Məsələn, Bakı Dövlət Universitetinin keçən ilki Prezident təqaüdçülərinin (16 nəfər)11-i qızlardır. Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçülərinin sırasında qızlar 11 nəfərdir. Tibb Universitetində də analoji vəziyyətdir.
Qızların elmdə və təhsildə rolunun artmasının qarşısını almaq mümkün deyil və bu amil ölkə üçün əhəmiyyətlidir. Televiziyalarda səfeh, ictimai rəyi çaşdıran verilişlərə yol verilməməlidir. Hər bir televiziyanın səviyyəsi ona rəhbərlik edən şəxsin səviyyəsindədir…
Murad Dadaşov üçün “Komedixana” verilişi elmi-populyar verilişlərdən üstündür. Vadonun da yəqin ki, ən yaxşı jurnalisti Amildir”.
Seçilən
12
2
yenilik.az

3Mənbələr