AZ

““Space TV” nin yayımı 3 saatlıq yox, 30 saatlıq dayandırılmalı idi...” SABİQ DEPUTAT

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sabiq deputat Etibar Əliyev teleaparıcı Amil Xəlilin qalmaqal yaradan açıqlamasına çox sərt reaksiya verib.

E.Əliyev bununla bağlı sosial şəbəkədə yazıb:

“Amil Xəlil: “Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdansansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdansansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”

Amil Xəlilin bu sözlərinə görə “Space TV”-nin yayımı 3 saatlıq yox, 30 saatlıq dayandırılmalı idi. Bu kəmsavad "jurnalist"in danışıqları arada qarşıma çıxır. Psixi durumunda problem var. “Qızını filan universitetə qoy” - bu nə deməkdir. Bu əməlli-başlı təhdiddir. Son dövrlərin müşahidələrinə görə yerli Fənn və Beynəlxalq Fənn olimpiadalarında, DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında qızlar oğlanlardan heç də geridə qalmırlar. 2024/2025 tədris ilində 102 Prezident təqaüdçüsündən 48-i qızlardır. Məsələn, Bakı Dövlət Universitetinin keçən ilki Prezident təqaüdçülərinin (16 nəfər)11-i qızlardır. Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçülərinin sırasında qızlar 11 nəfərdir. Tibb Universitetində də analoji vəziyyətdir.

Qızların elmdə və təhsildə rolunun artmasının qarşısını almaq mümkün deyil və bu amil ölkə üçün əhəmiyyətlidir. Televiziyalarda səfeh, ictimai rəyi çaşdıran verilişlərə yol verilməməlidir. Hər bir televiziyanın səviyyəsi ona rəhbərlik edən şəxsin səviyyəsindədir...

Murad Dadaşov üçün "Komedixana" verilişi elmi-populyar verilişlərdən üstündür. Vadonun da yəqin ki, ən yaxşı jurnalisti Amildir…”

“AzPolitika”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
2
azpolitika.info

3Mənbələr