AZ

Bakıda 66 yaşlı kişi dəm qazından zəhərlənib öldü

Bakının Qaradağ rayonunda 66 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü qəsəbə sakini Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğulub. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
 
 

Seçilən
34
1
7news.az

10Mənbələr