Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"Cebheinfo.az" xəbər verir ki, 1960-cı il təvəllüdlü Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti dünən saat 13 radələrində yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"