AZ

Oğuzda qəza: iki avtomobil toqquşub

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb

Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, “KİA” və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “KİA”da olan Oğuz rayon sakinləri 59 yaşlı İlqar Abışov və 48 yaşlı Mətanət Ustakişiyev, eləcə də “Mercedes Vito” nun sürücüsü Qax rayon sakini 32 yaşlı Ayxan Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza yerinə Təcili tibbi yardım briqadası cəlb olunub. Daha sonra yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qəzada yaralananların müalicəsi davam etdirilir.

Qəzanın təfərrüatları araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
5
ayna.az

6Mənbələr