AZ

Oğuzda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

Yazını böyüt
Yazını kiçilt

Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hafta.az xəbər verir ki, “KİA” və “Mercedes Vito” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “KİA”da olan Oğuz rayon sakinləri 59 yaşlı İlqar Abışov və 48 yaşlı Mətanət Ustakişiyev, eləcə də “Mercedes Vito” nun sürücüsü Qax rayon sakini 32 yaşlı Ayxan Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza yerinə Təcili tibbi yardım briqadası cəlb olunub. Daha sonra yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qəzada yaralananların müalicəsi davam etdirilir.

Seçilən
41
5
hafta.az

6Mənbələr