AZ

Xaçmazda 59 yaşlı kişini qatar vurub öldürdü

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, dəmiryolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu qatar vurub. Ağır bədən xəsarətləri alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
70
3
cebheinfo.az

4Mənbələr