AZ

59 yaşlı kişini qatar vurub öldürdü - Xaçmazda DƏHŞƏT 

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, dəmiryolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu qatar vurub. Ağır bədən xəsarətləri alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
54
3
manset.az

4Mənbələr