AZ

Bəy və gəlin toyda ÖLDÜ

Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb.

KONKRET.az Ajans.az-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb. Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Partlayış dalğası qonşu dörd binaya ziyan vurub.

Bu hadisə ilə bağlı araşdırma başlanılıb.

Seçilən
48
11
konkret.az

10Mənbələr