AZ

Pakistanda toyda partlayış - Bəy və gəlin həlak oldular

Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən toy şənlikləri zamanı məişət qaz balonunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb.

Redaktor.az bildirir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarının nümayəndələrinə istinadən xəbər verir.

Onların sözlərinə görə, hadisə toyun keçirildiyi şəxsi evdə baş verib. Həlak olanlar arasında bəy və gəlin də var. Yaralılar ciddi yanıq xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar.

Partlayış dalğası qonşuluqdakı dörd binaya ziyan vurub. Baş vermiş hadisə ilə bağlı araşdırma başlanılıb.

Seçilən
93
16
redaktor.az

10Mənbələr