AZ

​Okan “Fənərbaxça” məğlubiyyətindən danışdı

“Qalatasaray”ın bas məşqçisi Okan Buruk ötən gecə “Fənərbaxça” qarşısında aldıqları məğlubiyyəti şərh edib. Təcrübəli mütəxəssis zəif oyun nümayiş etdirdiklərini, qələbənin rəqibin haqqı olduğunu bildirib. Metbuat.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında futbolçuların gözləntiləri doğrultmadığını dilə gətirib: ”Qələbə “Fənərbaxça”nın haqqı idi. Rəqibi təbrik edirəm”. Baş məşqçi məğlubiyyətdən nəticə çıxaracaqlarını vurğulayıb:

"Uduzduğumuz bu oyun bizə dərs oldu. Məğlubiyyətdən nəticə çıxaracağıq. Qarşıda bizi vacib matçlar gözləyir. Əvvəlki ruhla geri dönəcəyik. Tərəftarlarımız məyus olmasın”.

Seçilən
44
7
metbuat.az

8Mənbələr